Hövzə Xəbər Agentliyinin Hörmüzqan vilayəti üzrə müxbirinin verdiyi məlumata görə, Bəndər Abbas əyalətinin cümə imamı Höccətül-İslam vəl-müslimin İbadizadə sionist rejimin Minab şəhərində yerləşən orta məktəbə qarşı edilən qəddar hücumundan sonra başsağlığı mesajı verib.
Başsağlığının mətni:
Zalımları məhv edən Allahın adı ilə
İndiki zamanın böyük iblisi olan ABŞ tam hərbi qüvvəsi ilə əzəmətli İran xalqına qarşı döyüşə başlayıb. Silahlı qüvvələrin və vüqarlı İran xalqının birgə yardımıyla Fars körfəzi və ətraf bölgə təcavüzkar düşmənlərin məzarlığına çevriləcək.
Mən, böyük təəssüf hissi ilə uşaq qatili olan sionist rejimin və onun havadarlarının Minab şəhərində yerləşən orta məktəbə qarşı törətdiyi vəhşi hücumları qınayıram. Düşmənin törətdiyi bu çirkin cinayətdə yüzdən çox günahsız şagirdin şəhid və yaralanmasına səbəb olduğunu bildirirəm. Şəhidlərə Allahdan rəhmət, onların ailələrinə səbir, yaralılara isə şəfa diləyirəm. Hörmüzqan əyalətinin sakinlərindən gözləntim budur ki, öz müdrik və uzaqgörənlikləri ilə mənfur düşmən və daxili muzdurların hər hansı bir hərəkətinə imkan verməsinlər.
Məhəmməd İbadizadə
Hörmüzqan əyaləti üzrə Ali Məqamlı Rəhbərin nümayəndəsi və Bəndər Abbasın cümə imamı
Rəyiniz